Yardımlı bələdiyyələri il ərzində yerli vergilərin həcmini 2.4 dəfə artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Yardımlı rayonunda formalaşan 8 bələdiyyənin büdcə gəliri 152.900 manat olub. Bu 2024-ci llə müqayisədə 37.1 faiz çoxdur. 2024 cü ildə rayonda formalaşan 30 bələdiyyənin büdcə gəliri 111.500 manat olub.
Əldə edilən
gəlirin 27.9 faizi vergilərdən, 72.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
19.8 faizi torpaq, 8.1 faizi əmlak
vergisindən daxil olub. İl ərzində 30.300 manatlıq torpaq vergisi, 12.400
manatlıq əmlak vergisi toplanılıb.
Yardımlı bələdiyyələrinin büdcə gəlirinin 35.3 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Yardımlı bələdiyyələri
ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən 38.200 manat vəssait
daxil olub. Bu da ötən illə müqayisədə 347.3
faiz artıq deməkdir. İl ərzində Yardmılı
bələdiyyələrinə 53 min manat dotasiya
ayrılıb. Bu da ümumi büdcə gəlirinin 34.2 faizi deməkdir.
Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy