Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-05-2026 , 10:34

221

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İradə Ağayeva: “Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər müzakirə edilmişdir”


“Vətəndaşlarla birbaşa təmasda olmaq, görüşlər keçirmək, onları dinləmək, üzləşdikləri çətinlikləri aradan qaldırmaq hər bir yerliözünüidarəetmə orqanının əsas vəzifələrindən biri olmalıdir” -bu fikirləri Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.  

Sədr qeyd edib ki, məhz bu məqsədlə bələdiyyə mütəmadi olaraq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlilıklərinin iştirakı ilə sakinlərlə görüşlər keçirir. Belə görüşlərdən biri 8 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Hişkədərə bələdiyyəsinin sədrinin təşkilatçılığı ilə Məmmədoba kəndində keçirilmişdir. Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər müzakirə edilmiş, müvafiq təkliflər və mövcud vəziyyətlə bağlı qeydlər götürülmüşdür. Eyni zamanda, şəhidlərin məzarları ziyarət olunmuşdur.

Sədr əlavə edib ki, 2025-ci il yanvar ayında keçirilən bələdiyyə seçkilərindən sonra  Miyanku və Tüklə bələdiyyələri Hişkədərə bələdiyyəsinə birləşdirildiyindən  bələdiyyənin əhatə etdiyi kəndlərin sayı  səkkizə çatıb. Hazırda bələdiyyənin inzibati ərazisinə Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndləri daxildir. Kəndlərin sayı artdıqca seçicilərin də sayı artıb və bu da yeni formalaşdırılan bələdiyyənin məsuliyyətini bir qədər də artırmışdır.

Belediyye.info


 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
588