Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2026 , 18:35

124

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Kamran Mirzəyev: “Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki bürokratik amillərin mövcudluğu büdcə gəlirlərinin artmasına ciddi problem yaradır”


“Əslində bizim məqsədimiz aydındır. Vətəndaşa, seçicimizə layiqincə xidmət etmək, seçki öncəsi verdiyimiz sözləri  tutmaqdır. Və bu gün bələdiyyə olaraq vətəndaşa səviyyəli  xidmət etmək bütün hallarda büdcə gəlirinin artırmağı nəzərdə tutur”- bu fikirləri Sabirabad bələdiyyəsinin sədri Kamran Mirzəyev deyib. Bu gün bələdiyyənin vergi xidməti mövcud vergi-uçot sistemini təkmilləşdirməklə yanaşı BAMS-ın verdiyi imkandan yararlanmağa çalışır. Müəyyən irəliləyişə nail ola bilmişik. Əldə olunan uğurları hələ qənaətbəxş saymaq olmaz. Düzdür son iki ildə büdcə gəlirlərində, habelə yerli vergilərin toplanılmasında müəyyən irəliləyişlər var.  Sədr bələdiyyənin ötən üç ildəki  büdcə gəlirlərinə toxunaraq bəzi rəqəmləri də açıqlayıb.

2023-ci ildə bələdiyyənin ümumi gəliri  47.787 manat olub ki, onunda  18.298 manatı əmlak vergisindən, 3.681 manat torpaq vergisindən,  13.361 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 11.521 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 925 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərdən daxil olub.

2024-ci ildə bələdiyyənin ümumi gəliri  - 63.845 manat olub ki, onunda  16.587 manatı əmlak vergisindən, 7.917 manat torpaq vergisindən,  13.361 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 35.728 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 650 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərdən daxil olub.

2025-ci ildə bələdiyyənin ümumi gəliri  83.728 manat olub ki, onunda 41.759 manatı əmlak vergisindən, 8.288 manat torpaq vergisindən,  4.280 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 29.300 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 100 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərdən daxil olub.

Rəqəmlərə diqqət yetirsək görərik ki, yerli vergilərin həcmi 2023-cü illə müqayisədə ötən il 117 faiz artıq olub. Ümumi büdcə gəlirlərində yerli vergilərinin həcmi 10 faizədək, büdcə gəlirlərinin  həcmində isə 80 faizlik artım müşahidə olunub.

Göründüyü kimi, həyata keçirdyimiz layihələrinin həcmində də artım var. Bu artım sözsüz ki, BAMS-ın yaratdığı şəraitin hesabına yaranıb. Lakin bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki müxtəlif bürokratik amillərin mövcudluğu, qiymətləndirmə ilə bağlı məqamlardakı boşluqlar, habelə tariflərin 25 il əvvəlki vəziyyətdə qalması bələdiyyənin büdcə gəlirlərinin daha yüksək səviyyədə artmasında problem yaradır.

Bu gün bu çətinliklərə baxmayaraq biz ruhdan düşmür, çalışırıq ki, vətəndaşın  hər bir müraciətini diqqətdə saxlayaq və həlli istiqamətində addım ataq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər