Kamran Mirzəyev: “Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki bürokratik amillərin mövcudluğu büdcə gəlirlərinin artmasına ciddi problem yaradır”
“Əslində bizim məqsədimiz aydındır. Vətəndaşa, seçicimizə layiqincə xidmət etmək, seçki öncəsi verdiyimiz sözləri tutmaqdır. Və bu gün bələdiyyə olaraq vətəndaşa səviyyəli xidmət etmək bütün hallarda büdcə gəlirinin artırmağı nəzərdə tutur”- bu fikirləri Sabirabad bələdiyyəsinin sədri Kamran Mirzəyev deyib. Bu gün bələdiyyənin vergi xidməti mövcud vergi-uçot sistemini təkmilləşdirməklə yanaşı BAMS-ın verdiyi imkandan yararlanmağa çalışır. Müəyyən irəliləyişə nail ola bilmişik. Əldə olunan uğurları hələ qənaətbəxş saymaq olmaz. Düzdür son iki ildə büdcə gəlirlərində, habelə yerli vergilərin toplanılmasında müəyyən irəliləyişlər var. Sədr bələdiyyənin ötən üç ildəki büdcə gəlirlərinə toxunaraq bəzi rəqəmləri də açıqlayıb.
2023-ci
ildə bələdiyyənin ümumi gəliri 47.787
manat olub ki, onunda 18.298 manatı əmlak
vergisindən, 3.681 manat torpaq vergisindən,
13.361 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 11.521 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 925 manatı stasionar və ya səyyar
ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərdən daxil olub.
2024-ci
ildə bələdiyyənin ümumi gəliri - 63.845
manat olub ki, onunda 16.587 manatı əmlak
vergisindən, 7.917 manat torpaq vergisindən,
13.361 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 35.728 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 650 manatı stasionar və ya səyyar
ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərdən daxil olub.
2025-ci
ildə bələdiyyənin ümumi gəliri 83.728
manat olub ki, onunda 41.759 manatı əmlak vergisindən, 8.288 manat torpaq
vergisindən, 4.280 manat bələdiyyə
mülkiyyətinin icarəsindən, 29.300 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
100 manatı stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər
xidmətlərdən daxil olub.
Rəqəmlərə
diqqət yetirsək görərik ki, yerli vergilərin həcmi 2023-cü illə müqayisədə ötən
il 117 faiz artıq olub. Ümumi büdcə gəlirlərində yerli vergilərinin həcmi 10
faizədək, büdcə gəlirlərinin həcmində isə
80 faizlik artım müşahidə olunub.
Göründüyü
kimi, həyata keçirdyimiz layihələrinin həcmində də artım var. Bu artım sözsüz
ki, BAMS-ın yaratdığı şəraitin hesabına yaranıb. Lakin bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindəki müxtəlif bürokratik amillərin mövcudluğu, qiymətləndirmə
ilə bağlı məqamlardakı boşluqlar, habelə tariflərin 25 il əvvəlki vəziyyətdə
qalması bələdiyyənin büdcə gəlirlərinin daha yüksək səviyyədə artmasında
problem yaradır.
Bu gün bu çətinliklərə baxmayaraq biz ruhdan düşmür, çalışırıq ki, vətəndaşın hər bir müraciətini diqqətdə saxlayaq və həlli istiqamətində addım ataq.
Belediyye.info
Rəylər
0 Rəy