Əsas prioritetlərimiz: BİRİLLİK FƏALİYYƏTƏ QISA BİR NƏZƏR
BİRİLLİK FƏALİYYƏTƏ QISA BİR NƏZƏR
19 fevral
2025-ci il tarixində Şabran Şəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçilməyimdən
bu günə qədər keçən bir il ərzində əsas məqsədimiz vətəndaşlara daha yaxın, şəffaf,
məsuliyyətli və nəticəyönümlü yerli özünüidarəetmə sisteminin formalaşdırılması
olmuşdur.
Fəaliyyətimiz
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlara və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın humanist və sosial yönümlü siyasətinə
uyğun şəkildə qurulmuşdur. Dövlətimizin güclü sosial siyasətini yerli səviyyədə
uğurla icra etmək əsas prioritetimiz olmuşdur.
I.
İNFRASTRUKTUR VƏ ABADLIQ İŞLƏRİ
Ötən 1 il ərzində
şəhər və qəsəbə ərazilərində infrastrukturun yaxşılaşdırılması istiqamətində
ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhdud maliyyə
imkanlarına baxmayaraq, mövcud resurslardan səmərəli istifadə edilərək aşağıdakı
işlər görülmüşdür:
•Küçələrin və məhəllədaxili yolların
təmiri, çala və yararsız sahələrin aradan qaldırılması
•Səkilərin bərpası, piyada hərəkətinin
təhlükəsizliyinin təmin edilməsi
•Küçə və məhəllə işıqlandırmasının
yaxşılaşdırılması
•Park və istirahət zonalarının
abadlaşdırılması
•Yaşıllaşdırma tədbirləri və ağacəkmə
aksiyalarının təşkili
Bütün bu
işlər vətəndaş müraciətləri və real ehtiyaclar əsasında müəyyən edilmiş
prioritetlərə uyğun şəkildə həyata keçirilmişdir.
II. SOSİAL
DƏSTƏK VƏ HUMANİTAR FƏALİYYƏT
Bələdiyyənin
fəaliyyətində sosial ədalətin təmin olunması və həssas əhali qruplarına dəstək
xüsusi yer tutmuşdur. Bu istiqamətdə:
•Aztəminatlı ailələrə ərzaq
yardımları göstərilmiş
•Şəhid ailələri, qazilər, müharibə
iştirakçıları, ahıl və tənha şəxslərlə görüşlər keçirilmiş
•Bayram və əlamətdar günlərdə sosial
yardımlar təşkil edilmiş
•Xüsusi qayğıya ehtiyacı olan ailələr
üçün fərdi dəstək tədbirləri həyata keçirilmişdir
III.
MAARİFLƏNDİRMƏ VƏ GƏNCLƏRLƏ İŞ
Gənclərin
maariflənməsi, onların cəmiyyətin fəal üzvünə çevrilməsi və vətənpərvərlik
ruhunda yetişdirilməsi istiqamətində:
•Maarifləndirici görüşlər,
seminarlar və tədbirlər keçirilmiş
•Gənclər Günü, Milli Bayramlar və
tarixi günlər münasibətilə tədbirlər təşkil olunmuş
•Təhsil, sağlam həyat tərzi, sosial
məsuliyyət və vətənpərvərlik mövzularında layihələr reallaşdırılmışdır
IV. DÖVLƏT
QURUMLARI VƏ İCTİMAİYYƏTLƏ ƏMƏKDAŞLIQ
Şabran
Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatı,
regional idarələr, təhsil və gənclər qurumları ilə sıx əməkdaşlıq qurulmuşdur.
Bu əməkdaşlıq çərçivəsində birgə tədbirlər və layihələr icra edilmişdir.
V.
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ VƏTƏN MÜHARİBƏSİ
44 günlük
Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın milli ruhunu və birlik əzmini
daha da möhkəmləndirmişdir. Bu baxımdan şəhid ailələrinə və qazilərə daim diqqət
və qayğı göstərilmiş, milli birlik və vətənpərvərlik dəyərləri təbliğ
edilmişdir.
VI.
ŞƏFFAFLIQ, VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ VƏ İDARƏETMƏ
Şəffaf
idarəetmə və vətəndaş məmnunluğunun artırılması bələdiyyənin əsas fəaliyyət
prinsiplərindən biri olmuşdur. Vətəndaş qəbulları mütəmadi keçirilmiş, müraciətlər
operativ araşdırılmışdır.
VII.
GƏLƏCƏK FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
• İnfrastruktur
və abadlıq layihələrinin genişləndirilməsi
• Sosial
proqramların davamlı icrası
• Gənclər
və qadınlar üçün yeni layihələrin həyata keçirilməsi
• Bələdiyyə
gəlirlərinin artırılması
• Vətəndaş
məmnunluğunun yüksəldilməsi
NƏTİCƏ
Bu bir il ərzində
bələdiyyə kollektivi ilə birlikdə üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə
yetirmiş, qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmişik. Mənə göstərilən
etimada görə bütün Şabran sakinlərinə təşəkkür edir, bundan sonra da vicdanla
xidmət edəcəyimizi bildirirəm.
Fidan Fərzəliyeva
Şabran Şəhər
Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy