Gəncləri belə təbrik etdilər: Təşkilatçılar sırasında bələdiyyə də var
30 yanvar 2026-cı il tarixində Şabran şəhər “Bəy Hall” restoranında Şabran Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatının, Şabran Şəhər Bələdiyyəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Müzəffər gənclik” adlı bədii-əyləncəli tədbir keçirilmişdir.
Tədbirin rəsmi hissəsindən əvvəl Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram ifadə olunmuş, abidəsi önünə gül qoyulma mərasimi keçirilmişdir.
“2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksəldilməsi məqsədilə keçirilmiş tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənc işçilər, tələbələr və fəal gənclər iştirak etmişdir.
Tədbir “TİMAREC” studio kollektivinin əyləncəli musiqi və rəqs çıxışları ilə davam etmiş, sonda isə il ərzində fərqlənən təhsil, səhiyyə, hüquq-mühafizə orqanları və digər sahələrdə çalışan gənclər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.
Rəylər
0 Rəy