İsmayıl Rəsulov: “Səkkiz ay ərzində büdcə gəlirlərimizi 150 faizədək artıra bilmişik”
“BAMS-da tətbiq edilən yeniliklərin və bələdiyyənin vergi xidmətinin birgə fəaliyyəti sayəsində büdcə gəlirlərində 151 faiz artıma nail ola bilmişik”- bu fikirləri Belediyye.infoya Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov bildirib.
Sədr qeyd
edib ki, əgər 2024-cü ilin səkkiz ayı ərzində 88.871 manat əldə edilmişdirsə,
bu rəqəm 2025-ci ilin səkkiz ayı ərzində isə 223.065 əldə edilib.
2024-cü
ilin səkkiz ayı ərzində 394 manatlıq əmlak
vergisi, 14.827 manatlıq torpaq vergisi, 43.128 icarə haqqları, 360 mehmanxana
rüsumu və 30.131 manatlıq bələdiyyə əmlakının
özgəninkiləşdiirilməsindən əldə olunub. 2025-ci
ilin səkkiz ayı ərzində isə 33.377
manatlıq əmlak vergisindən, 50.137 torpaq
vergisindən, 113.099 manatlıq icarə
haqqlarından, 405 mehmanxana rüsumlarından,
25. 896
manatlıq bələdiyyə əmlakının özgəninkiləşdiirlməsindən və ilk dəfə 150 manatlıq avtodayanacaqlardan daxil olub.
Sədr qeyd edib ki, məqsədimiz seçicilərə layiqincə xidmət etməkdir. Maliyyə vəsaitimiz artdıqca sakinlərin qaldırdığı problemlərin həlli də sürətlənər.
Belediyye.info
Rəylər
1 Rəy
Elnur Məmmədov
05-09-2025, 3 ay əvvəl
Sagol Ismayıl müəĺim , Sizin həmişə Ağcabədi əhalisinə can başla xidmət edəcəyinə inanırıq və sizinləyik
Cavabla