Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-07-2025 , 12:57

1966

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlham Səfərov: “Kollektivdə səmimi işgüzar mühitin olması bələdiyyənin ümumi fəaliyyətinə müsbət təsir edən amillərdəndir. Biz də buna çalışırıq”

"Bələdiyyənin əldə etdiyi uğurlarda kollektivin hər bir üzvünün öz payı olmalıdır. Hər bir üzv və qulluqçu üzərinə  düşən məsuliyyət yükünü hiss edərək bələdiyyəmizin inkişafına öz töhfəsini verməlidir. Odur ki, bacardığımız qədər  bələdiyyəmizinin ictimaiyyət arasında  çəki və nüfuzunun artamasına çalışmalıyıq ” - bu fikirləri Şirvan bələdiyyəsinin yeni seçilən sədri İlham Səfərov kollektiv üzvlərinin və   "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqlinin birgə iştirakı ilə keçirilən görüşdə deyib.

Qeyd  edək ki, görüşdə sədr müavinləri Samirə Abışova və Emin  Azadov, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri Sərraf Əzimov,  vətəndaşlarla və sənədlərlə iş şöbəsinin müdiri Rəfael Qurbanov, torpaq və təmir- tikinti şöbəsinin müdiri Məlik Məmmədov,  yerli vergilər və ödənişlər şöbəsinin müdiri Əlövsət Yusifov, habelə vergi müfəttişləri iştirak ediblər.  

“Adətən seçkidən sonra formalaşan yeni tərkibin kollektivlə birgə fəaliyyətində müəyyən adaptasiya dövrü olur. Və bu proses təbii qarşılanmalıdır. Elə bələdiyyə olur  ki, bu uyğunlaşma dövrü az, bəzilərində daha çox çəkir. Gəlin unutmyaq ki, proses nə qədər davam edərsə bu bələdiyyənin xeyrinə olmur. Nəticədə müəyyən problemlərin yaranmasına səbəb olur. Ancaq xöşbəxtlikdən Şirvan bələdiyyəsində bu proses az bir zaman kəsiyində davam etməsi yeni tərkibin uğuru hesab etmək olar. Bütün hallarda hər bir üzv və qulluqçu öz üzərinə düşən məsuliyyəti hiss etməli, vaxtını mənasız çarpışmalara deyil, bələdiyyənin irəli getməsinə sərf etməli  və bu istiqamətdə addımlar atmalıdır.” - bu fikirləri isə  "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib.

Kollektivdə hər hansı kadr dəyişikliyinin hiss edilmədiyini qeyd edən Vüqar Tofiqli Şirvan bələdiyyəsinin bünövrəsinin sağlam təməl üzrə quruluduğundan bələdiyyədəki  problemlər yalnız vergi yığımı ilə və bəzən də Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarının fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Bu arada söz alan sədr İlham Səfərov qeyd edib ki,  “BAMS proqramının ƏMDX məlumat sisteminə inteqrasiya olunmasının, habelə SMS xidmətinin yaradılmasının, üstəlik elektron icra sistemin istifadəyə verilməsinin nəticə etibari ilə bələdiyyənin büdcə gəlirinə ciddi şəkildə öz təsirini göstərməkdədir.

Bu gün kollektivdə səmimi işgüzar mühitin olması bələdiyyənin ümumi fəaliyyətinə müsbət təsir edən amillərdəndir. Biz də buna çalışırıq."

Bu gün yeni seçilən sədrin köhnə kollektivlə fəaliyyətinin davam etdirməsi həm də kollektivə göstərilən etimad kimi də qəbul edilə bilər.

Görüşdə İlham Səfərov az vaxt ərzində görülən işlərdən, həyata keçiriləcək layihələrdən danışaraq, bələdiyyənin kollektivinin hər bir üzvünün görülən işlərə dəstək verməsi nəzərdə tutulan layihələrin tezliklə reallaşacağından xəbər verir.

Görüşdə əsas müzakirə mövzusu da məhz bu səpgidə keçdi. Hər bir görüş iştirakçısı mövzu ilə bağlı  öz təklif və tövsiyəsini verməyi unutmadı.

Bununla yanaşı sənədsiz mənzillərin sənədləşdirilməsi ilə  bağlı zəruri  addımların atılması, alqı-saqtı əməliyyatları prosesinin gedişindən bələdiyyənin əvvəlcədən  məlumatlı olması ciddi məsələlər sırasında olduğu qeyd edildi.

Sonda iştirakçıları maraqlandrın suallar cavablandırıldı

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər