Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2025 , 22:55

488

Son xəbərlər

Bütün xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ədliyyə naziri Gədəbəy şəhərində vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov 5 iyun tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. 

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
547