Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2025 , 14:33

1722

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Sədr: "Əmircan bələdiyyəsində vergi-uçot sistemi, demək olar ki, yox səviyyəsində olub"

 "Bu vəziyyət bizi heç cür bizi  qane etmir. Hazırda bələdiyyədə  vergi-uçot sistemi yenidən  formalaşdırılır"- bu fikirləri Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri Emil Yusifov bildirib. 

Sədrin sözlərinə görə,  bələdiyyənin bu günədək yığlıb qalmış DSMF  və digər borclarının bağlanması, habelə seçicilərinə verdikləri sözü yerinə yetirməsi üçün əsas diqqət bu gün  bələdiyyə büdcəsinə maliyyə vəsaitinin cəlb edilməsinə yönəldilib.

Bunun üçün ilk növbədə atdığım addım isə bələdiyyədə struktur dəyişikliyi etməklə yanaşı, həmdə vergi müffətişlərinin əmək haqqlarının artırılması olub.

Bələdiyyənin inkişafı əsasən vergilərin yığılmasından çox asılıdır. Bu gün vergi müffətişləri mütəmadi olaraq sakinlərlə görüş keçirərək, həm bildirişləri paylayır, həm də vergi mədəniyyəti və ödənişlərinin vaxtında ödənilməsinin əhəmiyyəti izah olunur.

Sözsüz ki, bu gün BAMS-ın verdiyi imknlardan da istifadə etməyimiz büdcə gəlirlərinə öz təsiri göstərməkdədir. Məhz bu səbəblər nəticəsində ötən ilin aprel-may ayına nisbətdə⁠ cari ilə büdcə gəlirlərində 30 faizlik artım müşahidə olunub.  

Bu gün Əmircan bələdiyyəsində vergi-uçot sistemi demək olar ki, yox vəziyyətində olması fəaliyyətimizə çox ciddi əngəllər yaradır. Lakin kollektiv bütün qüvvələri səfərbər edərək qarşılaşdıqları  çətinliklərin öhdəsindən gəlmək niyyətindədir. Biz buna inanrıq. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədri vəfat edib

Bakı
30-06-2025
1447