Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-06-2025 , 19:25

1015

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Çingiz Məmmədov: "İnanırıq ki, hədəfimizə çatmaqla seçicilərimizə verdiyimiz sözü tuta biləcəyik"

"Ramana  bələdiyyəsi olaraq əsas məqsədimiz büdcə gəlirlərini artırmağa yönəlib. Büdcə gəlirlərimizı artırmaqlıyıq ki, sakinlərə göstərdiyimiz xidmət səviyyəsini də artıraq"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Çingiz Məmmədov bələdiyyənin vergi xidmətinin rəhbəri Aytən Qasımovanın və  "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə deyib.

Sədr daha sonra qeyd edib ki, "bütün hallarda vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərində artıma nail olmalıyıq. Odur ki,  əsas diqqətimiz bu gün vergi-uçot sistenmində olan boşlulqarı aradan qaldırmağa yönəlib. Səhvən təkrar qeydiyyata alınanları və digər yalnış düşən vergi ödəyicilərb lə bağlı  dəqiqləşdirmələr aparmağa başlamışıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 9.4 faiz artımın olması bizi hələ ki, qane etmir.

Belə ki, ötən ilin aprel- may ayı ərzində 37.087 manata qarşı  cari ilin müvafiq dövründə  39.343 manat həcmində  büdcə gəliri olub. 

Sədr qeyd edib ki, qəsəbə üzrə ümumi vergi ödəyicilərinin sayı bu gün  10.873 çatıb. Bununda hələ ki, 905 nəfərin çıxarışını əldə etmək mümkün olub. 

Sədr  daha sonra qeyd edib ki, vergi xidməti əməkdaşlarının səyi ilə cari ildə hədəfimiz ötən ildə əldə olunan rəqəmi iki dəfə artırmaqdır.  İnanırıq ki, hədəfimizə çatmaqla seçicilərimizə verdiyimiz sözü tuta biləcəyik. 

Ərazidəki sənədsiz əmlakların qeydiyyatına start verilmiş olsa bələdiyyənin büdcə gəlirlərində də  ciddi  artım müşahidə edilə bilər. 

Bu gün əldə olunan uğurlarda  BAMS-ın yaratdığı imkanların xüsusi yeri var. 

Sədr xüsusi olaraq  vurğulayıb ki, fəaliyyətlərində Sabunçu  RİH-in dəstəyini daim hiss edirlər. 

Görüşdə iştirak edən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli müzakirə edilən mövzular ətrafında öz fikir və mülahizələrini bildirib və ona ünvanlanan sualları cavablandırıb. 

 Belediyye.info

Rəylər

1 Rəy

Rahilə Abbasova

26-06-2025, 2 həftə əvvəl

Çox bəyənilən tədbirlər görülüb bələdiyyə sədri Çingiz Məmmedov.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədri vəfat edib

Bakı
30-06-2025
1352