Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-02-2026 , 10:27

474

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Naxçıvan
- +

Tahir Hüseynli: “Ötən bir ildə əsas diqqəti  həmçinin bələdiyyənin vergi-uçot sistemini daha təkmil fomrada qurmağa yönəltmişik”

“Son bələdiyyə seçkilərindən ötən bir ilə nəzər yetirdikdə Naxçıvan bələdiyyəsinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinə az da olsa öz töhfəsini verdiyini görmək olar”- bu fikirləri Belediyye.infoya Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli bildirib.

Sədr bildirib ki, bələdiyyənin ilk iclasında başlayaraq əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaq üçün çalışmaq olmuşdur. Bu müddət ərzində əsas fikrimiz bir tərəfdən büdcəni formalaşdırmaq,  digər tərəfdən əldə olunan vəsaitlə qaldırılan problemlərin həllinə çalışmaq olmuşdur.

Bu gün bələdiyyənin həyata keçirdiyi layihələrin əksəriyyəti sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı olub.

“Kalba Musa Çeşməsi” və onun ətrafında abadlıq işlərinin aparılması, ərazinin işıqlandırılması və sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması, habelə açıq havada idman qurğularının yerləşdiyi ərazilərdə işıqlanma olmadığı üçün ərazilərin işıqlandırılmasını təmin edilməsi, o cümlədən şəhər ətrafından keçən  arxın lildən təmizlənməsi, bununla yanaşı küçə işıqlarının təmir olunması bələdiyyənin həyata keçirdiyi kiçik həcmli layihələrdəndir.

Hər bir addımda şəhər rəhbərliyinin dəstəyini hiss etdiklərini qeyd edən sədr maliyyə imkanları çərçivəsində cari ildə daha böyük layihələrin icrasına imza atacaqlarını bildirib.

Görülən işlərin hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Bunun üçün fəaliyyətə başladğımız gündən əsas diqqəti bələdiyyənin vergi-uçot sistemini yenidən daha təkmil fomrada qurmağa yönəltmişik. Bu istiqamətdə artıq müəyyən irəliləyiş lər hiss olunmaqdadır.

Bələdiyyə olaraq bundan sonra da şəhər infrastukturunun inkişafına öz töhfəmizi verməyə çalışacağıq.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz