Tahir Hüseynli: “Əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olmuşuq”
“Bələdiyyə olaraq əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla seçicilərimizə verdiyimiz öhdəlikləri layiqincə yerinə yetirməkdir”- bu fikirləri Belediyye.infoya Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli deyib.
Sədr qeyd edib ki, 17 nəfərlik bələdiyyə üzvlərinin, bələdiyyə
qulluqçularının və bələdiyyənin vergi xidməti əməkdaşlarının birgə səyi ilə
cari ildə daha böyük uğurlara imza atmaq niyyətindəyik.
Son dörd ilin büdcə gəlirlərinin təhlili göstərir ki, əmlak
vergisinin yığımında ciddi irəliləyişə nail olunub.
2023- cü ildə 3.984 manatlıq, 2024-cü ildə 5.198 manatlıq, 2025-ci ildə
3.888 manatlıq əmlak vergisi əldə edilmişdirsə, cari ilin ilk ayında bu rəqəm
6.454 manata bərabər olub. Bu isə ötən
illə müqayisədə 65 fazilik artım deməkdir.
Bu gün BAMS proqramına qoşulmaqla bu
proqramın verdiyi imkanlardan tam yararlanmağa çalışırıq.
Nəzərə alaq ki, hazırda vergi xidmətinin əməkdaşları borclu
vergi ödəyiciləri ilə görüşləri davam etdirir, qanunvericiliyin tələblərini
onlara izah etməyə çalışırlar. Onu da qeyd edək ki, bələdiyyənin vergi xidmətinin
bu gün əsas vəzifəsi bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirmək və
mövcud problemləri aradan qaldırmaq, həmçinin sistemdə vergi ödəyiciləri
haqqında məlumatları dəqiqləşdirməkdən ibarətdir.
Sədr diqqəti bəzi rəqəmlərə də çəkdi. Yəni 2023-cü ilin yanvar ayı ərzində 11.763 manat büdcədaxilolmaları olmuşdursa, cari ildə bu rəqəm 25498 manat olub. Nəzərə alaq ki, ay ərzində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı maliyyə vəsaiti büdcəyə daxil olmayıb. Bu uğurları hələ son hədəf hesab etmirik. Cari ilə daha böyük uğurlara imza atmaqla qarşımıza qoyduğumuz hədəfə doğru bir addımda irəliləyəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy