Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2025 , 20:52

791

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin  gedişi haqqında


Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 aprel 2025-ci il vəziyyətinə 1718,1  hektarda əkin işləri aparılmışdır ki, bunun da 1681,6 hektarı payızlıq, 36,5 hektarı yazlıq  əkin sahəsidir. Payızlıq əkin sahəsinin 926,1 hektarı buğda, 637,8 hektarı arpa, 117,7 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 0,5 hektarı kartof, 11,0 hektarı tərəvəz və 25,0 hektarı isə bostan bitkiləri sahəsidir. Yazlıq əkin hal-hazırda davam edir. 

01 aprel 2024-cü il vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 5341 baş olduğu  halda, 01 aprel 2025-ci ildə 4360 baş olmuş, yəni 981 baş və ya 18,4 faiz, inək və camışların sayı 01 aprel 2024-cü ildə 2540 baş olduğu halda, 01 aprel 2025-ci ildə  2095 baş olmuş, yəni 445 baş və ya 17,5 faiz, qoyun və keçilərin sayı 01 aprel 2024-cü il 32889 baş olduğu halda, 01 aprel 2025-ci ildə 22757 baş olmuş, yəni 10132 baş və ya 30,8 faiz azalmışdır.

2025-ci ilin yanvar-mart ayları ərzində ət istehsalı 1426,0 sentner (diri çəkidə), süd  istehsalı 4837,0 sentner, yumurta istehsalı 305,0 min ədəd olmuşdur. 2025-ci il yanvar-mart ayları ərzində 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 383,0 sentner, yəni 36,7 faiz artmış, süd istehsalı 468,0 sentner, yəni 8,8 faiz, yumurta istehsalı 9,0 min ədəd, yəni 2,9 faiz azalmışdır. 2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  sahəsi üzrə məhsul buraxılışının həcmi 1554,1 min manat və ya əvvəlki ilin müvafiq dövrü  ilə müqayisədə 18,0 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 1554,1 min manatını heyvandarlıq məhsulları təşkil etmişdir.

Asəf Mikayılov

Şuşa Rayon Statistika İdarəsinin rəis müavini 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
244

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
416

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
528

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1684

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
458

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
437

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506