Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2024 , 10:50

1451

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonunda ümumi məhsul buraxılışı və onun istifadəsi


2024-cü ilin yanvar-sentyabr aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri

üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı,

informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı əvvəlki ilin

müvafiq dövrünə nisbətən 18,9 faiz artaraq, 410378,5 min manat olmuşdur. İstehsal

edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 16349,7 manat təşkil

etmişdir.

Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2023-cü ilin müvafiq

dövrü ilə müqayisədə sənaye müəssisələrinin işlərinin 209,9 faiz, tikinti-quraşdırma işləri

üzrə 16,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 127,2 faiz artmasıdır.

Məhsulun 13532,9 min manatı sənayedə, 6912,4 min manatı kənd təsərrüfatı,

meşə təsərrüfatı və balıqçılıq sahəsində, 386148,9 min manatı tikinti-quraşdırma işləri

sahəsində, 520,2 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 150,8 min

manatı informasiya və rabitə sahəsində, 3113,3 min manatı isə ticarət; nəqliyyat

vasitələrinin təmiri sahəsində olmuşdur.

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin

rəisi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
620

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
477

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
445

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
351

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
526