Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2024 , 08:29

4124

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

YAP-ın siyahısında bələdiyyə üzv və qulluqçusu da var

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Belediyye.info  xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat açıqlayıb. İclasda ilk olaraq Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin siyahisi açıqlanıb.

Siyahıda bələdiyyə sədrləri, sədr müavinləri və bələdiyyə qulluqçusunun adı var.

10 saylı Binəqədi üçüncü                     Hüseynov Hümbət Rəhim oğlu

18 saylı Nərimanov - Nizami - Binəqədi   Babaşov Nizami Babaş oğlu

36 saylı Xətai -Suraxanı                         Hacıyeva Nərminə Aslan qızı

Əlavə edək ki, Hümbət Hüseynov  Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Nərminə Hacıyeva Xətai bələdiyyəsinin sədr müavini və Nizami Babaşov isə Nərimanov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
406

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
578

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
625