Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2024 , 15:32

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi yeni layihəsinin icrasına başlamışdı


“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri əleyhinə maarifləndirmə”- mövzusunda  növbəti layihəni uğurla icra edir.  Layihənin əsas məqsədi məqsədi insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr vermək və qeyri rəsmi qurumlarla əlaqədə ehtiyatlı olmağa çağırmaqdır.

 Layihə çərçivəsində insan alverinin qurbanına çevrilmiş insanların acı taleyi, bu cinayətin cəmiyyətimizin sağlamlığına vurduğu ziyan haqqında və cinayətkar qrupların hansı vasitələrdən istifadə edərək insanları insan alverinin qurbanına çevirməsi barəsində məlumatı özündə əks etdirən maarifləndirici sosial çarxlar hazırlanacaq.

  Hazırlanacaq sosial çarxlar sosial şəbəkələrdə yayımlanacaq və bu sosial çarxlar vasitəsi ilə insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr veriləcək.

Birliyin sədri Anar Xəlilov bildirmişdir ki, hazırda layihənin hazırlıq mərhələsi başa çatmaq üzrədir. Belə ki, əməkdaşlıq edəcəyimiz studiya ilə müqavilə bağlanmış və bir sıra texniki işlər görülmüşdür. Layihə çərçivəsində görüləcək işlər haqqında mətbuata mütəmadi olaraq informasiya veriləcəkdir.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024