Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2024 , 23:04

2231

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıqdan razılıq ifadə olunub və ölkələr arasında hüquqi sahədə, o cümlədən ekstradisiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlığın mövcud olduğu vurğulanıb. Həmçinin təcrübə və bilik mübadiləsi üçün ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarının mövcudluğu xüsusi qeyd olunub. Görüşdə bildirilib ki, iki ölkə arasında ədliyyə sahəsində müqavilə-hüquq bazasının daha da genişləndirilməsi gündəmdədir.

Bilal Haye səfirlik ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında yaxşı işgüzar əlaqələrin olduğunu bildirib. Səfir səmimi qəbula görə öz minnətdarlığını ifadə edib və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycanın daim dostu olaraq qalacağını vurğulayıb.

Nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
139

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
241

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
501
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
457