Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-06-2024 , 21:04

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" adlı kitabın təqdimatı keçirilib

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı və nəşrində dəstək olduğu, müəllifi Fərman Salmanlı olan "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" adlı kitabın təqdimatı 2024-cü il iyun ayının 5-də Sosial Tədqiqatlar Mərkəzinin "Zəfər" zalında keçirilib.

Kitabda bələdiyyələrin tarixi,fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb. 

Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri  kitabda Çar dövrü,cümhuriyyət dövrü və müstəqillik dövrü olmaqla 3 mərhələdən ibarət olaraq araşdırılıb.

Yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu  və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhərləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu,bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ haqqında  məlumat almaq istəyənlər üçün kitabda geniş məlumatlar əksini tapıb.

Tədbirdə millət vəkillləri,elm xadimləri,bələdiyyə nümayəndələri,media nümayəndələri,bələdiyyə məsələləri üzrə ekspertlər,QHT rəhbərləri və tələbələr iştirak edib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024