ABMA-da “Azərpoçt” MMC-nin rəhbər şəxsləri ilə görüş keçirilmişdir
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA)
inzibati binasında “Azərpoçt” MMC-nin rəhbər şəxslərinin və ABMA nümayəndələrinin
iştirakı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində işgüzar tədbir keçirilib.
Tədbirdə son vaxtlar bələdiyyələrin poçt xidmətlərindən
istifadəsi zamanı qarşılaşdıqları problemlər, yerlərdə bəzi poçt şöbələrinin
bağlanması səbəbindən yerli vergilərin yığım səviyyəsinin aşağı düşməsi kimi məsələlər
səsləndirilmişdir.
İşgüzar disskusiya formatında keçirilən görüşdə “Azərpoçt” MMC-nin səlahiyyətli nümayəndələri
tərəfindən qaldırılan məsələlərə münasibət bildirilmiş və tezliklə müvafiq
addımlar atılmaqla problemlərin aradan qaldırılacağı barədə fikirlər irəli
sürülmüşdür. Həmçinin, yaxın gələcəkdə bələdiyyələrin müvafiq terminallarla təhciz
edilərək onların yığımlarına dəstək göstərilməsinin nəzərdə tutulduğu qeyd
olunmuşdur.
Tədbirin sonunda qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşıya çıxan problemlərin birgə müzakirəsi, optimal həll yollarının araşdırılması üçün mütəmadi görüşlərin təşkil olunmasının zəruriliyi qeyd edilmişdir.
Rəylər
0 Rəy