Arzu Məmmədov: “Bələdiyyə qulluqçularının sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili həmkarların qarşısında duran prioritet məsələlərdəndir”
“Həmkarlar
ittifaqının üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlar üçün layiqli
iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı
təşkili həmkarlar təşkilatlarının qarşısında duran prioritet məsələlərdir”- bu fikirləri Nəsimi
Bələdiyyəsinin komissiya sədri, Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika
Komitəsinin Nəsimi rayon təşkilatının sədri Arzu Məmmədov deyib.
Komissiya sədri
açıqlamasında Ulu öndər Heydər Əliyevə istinadən bildirib ki, “həmkarlar ittifaqlarının
başlıca vəzifələrindən biri əmək adamlarının hüquqlarını və mənafeyini qorumaqdır.”
Rayon təşkilatları
da həm üzvlük haqqlarının toplanılmasında, həm də üzvlərin sağlamlıqlarının
qorunması və istirahətlərinin mənalı təşkilinə öz dəstəyini göstərməlidirlər.
Biz də Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalovun təşəbbüsü və dəstəyi ilə şəhid
ailələrinə və qazilərə, müharibə iştirakçılarına, o cümlədən 20 Yanvar hadisələri
zamanı şəhid olanların ailələrinə xüsusi qayğı
ilə yanaşır, lazımi maddi və mənəvi dəstəyi göstərməklə yanaşı kolektiv
üzvlərini də unutmuruq. Bu istiqamətdə atılan hər bir addım Nəsimi Bələdiyyəsinin
iclasında ilin əvvəlindən təsdiq edilmiş plana uyğun həyata keçirilir.
Qeyd edək ki, bir müddət əvvəl Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (BİHİ RK) Məclisi keçirilib. BİHİ RK-nın sədri Məhərrəm Xəlilov öz ərizəsi əsasında vəzifəsindən ayrılıb və Məclis üzvlərinin açıq səsverməsi ilə Qorxmaz Həsənov yekdilliklə BİHİ RK-nın sədri seçilib.
Belediyye.info
Rəylər
0 Rəy