Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2024 , 17:19

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

UNEC təşkil etdiyi ağacəkmə aksiyası Nərimanov bələdiyyəsinin parkında baş tutub

“Bu gün Nərimanov Bələdiyyəsinin xidmət göstərdiyi parkda UNEC-in “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdiyi  konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi, Bakı bələdiyyələrinin sədr və qulluqçularının, Bələdiyyələrlə İş mərkəzinin məsul əməkdaşlarının, habelə  xarici qonaqların da iştirakı ilə ağacəkmə aksiyası keçirilib”- bu fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  bildirib.

Sədrin sözlərinə görə,  belə mötəbər konfransın iştirakçılarının ağacəkmə aksiyasında iştirakınının yüksək səviyyədə təşkili üçün bələdiyyə bütün qüvvələri səfərbər edərək həm yerli, həm də xarici qonaqlara öz qonaqpərvərliyimi göstərməyə çalışıb.

Qeyd edim ki, tədbirin sonunda çay süfrəsinin, habelə bədii hissənin təşkili aksiyaya əlavə rəng qatıb.

Sədr qeyd edib ki, aksiyada 100 ədəd küknar və bir o qədərdə zeytun  ağacı əkilərək aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, yaşıllıq zolağı yeddi hektarı əhatə edir və ərazidə Nərimanov bələdiyyəsi tərəfindən damcı suvarma sistemi quraşdırılmış, habelə subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.