Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 20 may tarixində Tovuz şəhərində yerləşən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evində vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, qəbuldan əvvəl
nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət
edib və önünə gül dəstəsi qoyub.
Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulu
zamanı onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin
bir qismi yerində müsbət həllini tapıb, digər müraciətlərin isə mövcud
qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması ilə əlaqədar
nazirliyin aidiyyəti rəhbər şəxslərinə tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir, həmçinin Tovuz Rayon İcra
və Probasiya, eləcə də Qeydiyyat şöbələrinə və Tovuz Rayon Məhkəməsinə baş çəkib,
infrastruktur və iş şəraiti ilə tanış olub.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
https://report.az/daxili-siyaset/nazir-ferid-ehmedov-tovuz-seherinde-vetendaslari-qebul-edib/
Rəylər
0 Rəy