Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2024 , 07:01

2203

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin  “Azərpoçt”dan narazılığı niyə artır?

Müşahidələr göstərir ki, bələdiyyələrin “Azərpoçt”dan narazılığı artır. Altıağac, Fatmayı, Zirə və ardı gəlir…

Narazılığın kökündə isə bank xidmətləri göstərən bir qurumun həm də,  kənd və qəsəbələrdə olan  şöbələrinin bağlanması ilə əlaqədardır. Sual olunur kənd sakini hansısa rəsmi bir quruma məktub göndərmək istəyirsə nə etməlidir? Üstəlik, kənd ərazisində stasionar ödəniş terminalı yoxdursa sakin kommunal ödənişləri necə ödəməlidir? Yəqin ki, işıq və qaz smart kartladırsa onda sakinin problemi bir qədər də artır. Və ən nəhayət  sual olunur,  belə olan halda  sakin bələdiyyə vergilərini necə ödəməlidir.  

Beləliklə, "Azərpoçt" MMC bir sıra kənd və qəsəbələrdə səmərəsiz fəaliyyət göstərən poçt şöbələrini bağlayıb. Çox yaxşı. Bunu həm də  fəaliyyətin optimallaşdırılması ilə əlaqələndirirlər. Yenə də olsun. Sözüm yox. Bəs niyə nəzərə alınmır ki, bağlanan poçt xidmətləri sakinlərlə yanaşı, həm də  bələdiyyələrə də xidmət göstərir. O bələdiyyələrə ki, məhz bütün maliyyə əməliyyatlarını “Azərpoçt” vasitəsiylə edir. İstər bildirişlərin paylanılması, istər maliyyə əməliyyatları, habelə sakinlərin yerli vergilərinin ödənişi bu günədək az-çox rahatlıqla həyata keçirildiyi halda “səmərəsiz fəaliyyət” haradan qaynaqlandı.

Maraqlıdır, bu optimalaşdırma nəticəsində qurumun qazancı nə qədər oldu, bilən varmı. Qurumun məsul əməkdaşları bilirlərmi ki, yerli vergilərin ödənişinin  ləngiməsi nəticədə vətəndaşın borcunu bir qədərdə artırmış olur. Yəni bələdiyyə vergiləri vaxtında ödənmədyi halda ona faiz hesablanır. Vergi ödəyicisi isə vergini ödəmədiyi halda bələdiyyənin hesabına pul gəlmir. Qısası, belə olan halda poçt şöbəsində bələdiyyənin maliyyəsi dövr eləmir. “Budaqda oturub ağacı kəsmək” kimə lazımdır, bilən varmı.   

Bununla yanaşı, nəzərə alaq ki, 1606 bələdiyyənin ötən ilki büdcə gəliri 54 milyon manat olub. Və bu vəsaitin 90 faizi məhz “Azərpoçt”- da dövr edibsə və nəticədə xidmət haqqı kimi “Azərpoçt” kifayət qədər “irəli düşübsə” sual olunur bu cür səmərəsiz  addım  kimə xidmət edir.

Cənab Prezident hər zaman bütün qurumlardan vətəndaş məmnunluğunu təmin edilməsini bir tələb kimi qarşıya qoyubsa, budurmu vətəndaş məmnunluğunun təmin edilməsi, cənablar.

Poçt şöbələrinin bağlanmasıyla bağlı addım atılırsa, niyə  əvvəlcədən sakinlər  və bələdiyyələr məlumatlandırılmayıb. Axı bu həmdə, kifayət qədər işçinin iş yerini itirməsi deməkdir.

Hər halda heç bir təhlil  aparmadan sakinlərin və bələdiyyələrin narazılığına  səbəb olan bu cür  addımın atılmasını yolverilməz hesab edirəm.

Gəlin atacağımız hər bir addımı əvvəlcədən ölçüb-biçib hansı nəticə verəcəyi barədə də düşünək.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
162

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
185

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
286

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
337

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
550