Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 08:00

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi ağacəkmə aksiyası keçirib

Ölkə başçısı, Ali baş komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə  İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının, İmişli rayon İcra Hakimiyyətinin, İmişli şəhər bələdiyyəsinin iştirakı ilə rayonun şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilmişdir.

Ümumilli liderin bizə əmanət qoyduğu dövləti əbədi yaşatmaq, onun ruhuna dərin ehtiramı göstərmək məqsədilə Ədliyyə Nazirliyinin bütün struktur qurumlarında, eləcə də İmişli regional ədliyyə idarəsində silsilə tədbirlər keçirilir.

Bu aksiyada  əsas məqsədin ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Dahi şəxsiyyətin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

       Ədliyyə Nazirliyinin  İmişli regional ədliyyə idarəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024