Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 18:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nizami bələdiyyəsinin təşkilatçılığı ilə Gəncə Dünya Məktəbində  maarifləndirici tədbir keçirilib 

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi ilə bağlı  Dayanıqlı Enerji Həftəsi çərçivəsində Gəncə Şəhər Nizami Bələdiyyəsi,  Avropa İttifaqinin İqlim Və Enerji Üzrə Merlər Razilaşmasi – Şərq Tərəfdaşliğın birgə təşkilatçılığı ilə 02.05.2024-cü il tarixində Gəncə Dünya Məktəbində “Energi Günləri”  adlı maarifləndirici tədbir keçirilmişdir.   

  Tədbir iki hissədən ibarət idi:  “Enerjiyə Qənaət Uşaqların Gözü İlə” 20 nəfər şagirdlərin rəsmlərinin müsabiqəsi və   “Alternativ Və Bərpa Olunan Enerji Mənbələri” ,  “Elektrik Enerjisinə Qənaət Etmək Üçün Nə Etməliyik?” və “Enerjiyə Qənaət Edərək Ətraf Mühiti Yaxşılaşdıraq”  mövzulardan ibarət maarifləndirici görüş.

 Tədbirin əsas məqsədi 5-9-cu sinif şagirdlərin diqqətini resurslardan səmərəli istifadəyə və bərpa olunan enerji mənbələrinin inkişafına yönəltməkdir. Eyni zamanda gənc nəsildə ekoloji şüurun, davamlı həyat tərzi vərdişlərinin tərbiyəsi və onların diqqətini enerjidən istifadə problemlərinə cəlb etmək, bununla da şagirdlərin enerjiyə qənaətin elementar prinsiplərini öyrənməyə həvəsləndirmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq məqsədilə keçirilmişdir.   

 Qeyd edə ki, ADAU-nin Elektrik Mühəndisliyi Kafedrasının müdiri, dosent Fəxrəddin Yusubov, ADAU-nin Keyfiyyətə Təminat və Strateji İnkişaf şöbəsinin müdiri,  Ekologiya Kafedrasının assisenti Mədinə Abışova, ADAU –nin Elektrik Mühəndisliyi kafedrasının baş müəllimi Ələmdar İsmayılov, və  Elektrik Mühəndisliyi Kafedrasında təhsil alan tələbələr Abbasov Vidadi, Abbasova Zöhrəxanım, Əzizli Nurcan  təlimçi qismində çıxış etmişdilər. 

  Tədbirin sonunda hörmətli qonaqlarımıza təşəkkürnamə və tədbir İştirakçılarına sertifikat və müxtəlif ekoloji cəhətdən təmiz hədiyyələr verilmişdir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024