Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2024 , 19:55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyənin birgə təşkilatçılığı ilə Şəmkir regional ədliyyə idarəsi  ağacəkmə aksiyası keçirib

Şəmkir regional ədliyyə idarəsinin və Şəmkir bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 27.04.2024-cü il tarixdə ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumat Şəmkir regional ədliyyə idarəsindən daxil olub. 

Məlumatda qeyd edilir ki, Şəmkir şəhər Şəhidlər Xiyabanı ərazisində təşkil edilmiş aksiyada 100-dən çox küknar ağacı tingləri əkilib. 

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Aksiyada bələdiyyə üzvləri ilə birlikdə Şəmkir regional ədliyyə idarəsinin əməkdaşları iştirak etdib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024