Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-03-2024 , 10:30

2599

Son xəbərlər

Bütün xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tələbələr Nərimanov Bələdiyyəsində təcrübə keçirlər

“Nərimanov Bələdiyyəsində Azərbaycan Neft və Sənaye Universitetinin nəzdndəki Sənaye və texnologiya kollecinin tələbələri pedaqoji təcrübə keçirlər. Pedaqoji təcrübənin bələdiyyədə keçirilməsinin əsas məqsədi gələcək mütəxəssislərə nəzəri bilikləri real fəaliyyət şəraitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən ibarətdir”- bu fikirləri adıçəkilən bələdiyyənin şöbə müdiri Nizami Babaşov bildirib.

Bələdiyyə rəsmisi bildirib ki, təcrübə zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən asılı olaraq yerliözünüidarəetmə sahəsində tətbiq edilən yeniliklərdən, iş üsulları və müasir tələbləri ilə tanış olur, qazandıqları bilikləri bacarıqlara çevirmək imkanı əldə edirlər.

Bələdiyyədə pedaqoji təcrübə zamanı tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə əlverişli şərait yaradılır, müvafiq tapşırıq və tövsiyələr verilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
226

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
331