Avropa merləri Brüsseldə Yaşıl Sövdələşmə Konfransı üçün toplaşıb
13-14 mart 2024-cü il tarixlərində Merlərin Razılaşması-Şərq Tərəfdaşlığı nümayəndə heyəti davamlı və iqlimə sadiq tərəflər arasında əməkdaşlıq və koordinasiyanı təşviq edən platforma olan Şərq Tərəfdaşlığının regional Merlərin Razılaşması -Şərq layihəsinin idarə etmə heyətinin iclasını keçirilib.
Bu əlamətdar görüşdə Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev və Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva iştirak etmişlər.
İdarə heyətinin iclasında MR Şərq layihəsində Bələdiyyə İnkişaf Platformasının sədri Orxan Musayev Azərbaycanın milli perspektivinə diqqət yetirməklə ölkənin enerji və iqlim siyasəti, bu sahələrdə son inkişaflar, regional və beynəlxalq əməkdaşlıq səylərini əhatə edən təqdimatla çıxış etdi.
İclasın əsas məqsədlərinə yeni MR Şərq layihələrin idarə edilməsi strukturunun və prosedurlarının aydınlaşdırılması, layihənin gedişatı, mövcud imkanlar və çağırışlar haqqında fikirlərin bölüşdürülməsi, 2024-cü ildə və sonrakı illərdə layihənin inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirilməsi daxildir. Müzakirələr zamanı beynəlxalq şəbəkələrdə və maliyyələşdirmə proqramlarında daha fəal iştirak imkanları da araşdırılıb.
Nümayəndə heyəti həmçinin 15 mart 2024-cü il tarixində Brüsseldə Avropa Parlamentinin binasında “Yaşıl Sövdələşmənin Yerli Fəaliyyətə Keçid” konfransında iştirak etmişdir. Aİ seçkilərindən bir qədər əvvəl baş tutan tədbirdə Avropa merlərinə “55-ə uyğunluq” hədəfinə sadiqliklərini ifadə etmək üçün platforma təqdim edildi.
Konfransın məqsədi yeni çoxsəviyyəli idarəetmə çərçivəsi ilə Aİ Yaşıl Sövdələşmənin həyata keçirilməsini inkişaf etdirməsi idi. İştirakçılar Avropa təcrübələrinin dayanıqlı iqlim siyasətlərin həyata keçirilməsində əsas priorotetləri və təcrübələri haqqında məlumatlandırılıb.
Əsas məqam 2024-cü ildən sonrakı dövr üçün tövsiyələri əks etdirən Avropa Yerli və Regional Liderlərinin Bəyannaməsinin Belçikanın Baş nazirinə təqdim edilməsi olub.
Konfrans yerli iqlim fəaliyyəti üçün uğurlu model olan Flamand Yerli Enerji və İqlim Paktı tərəfindən ilhamlanıb. Bu toplantı ilə konfrans yerli və regional liderlərin Aİ-nin iqlim gündəminin idarə edilməsində həlledici rolunu vurğulamaq məqsədi daşıyırdı.
Rəylər
0 Rəy