Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2024 , 21:46

3748

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

 Bələdiyyə qulluqçusu  “Fəxri Fərmanla ” təltif edilib

Xəzər rayonu Şüvəlan bələdiyyəsininin inzibati binasında  bələdiyyənin sədri Telman Süleymanovun, bələdiyyənin digər  üzv və qulluqçularının, həmçinin  Belediyye.info MMC-nin təsisçisi Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə  bələdiyyələrin fəaliyyətinin təbliği məsələləri, Belediyye.info ilə əməkdaşlıq əlarələrinin inkişafı müzakirə edilib.

Görüşdə Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bələdiyyənin həyata keçirdiyi layihələrdən və bu layihələrin ictimailəşdirilməsindən, habelə bələdiyyə-icra münasibətlərinin artan xətt üzrə inkişafından danışaraq  Belediyye.info internet resursunun fəaliyyətinə yüksək qiymət verib.

Görüşün sonunda Şüvəlan bələdiyyəsi vergi xidmətinin rəhbəri Rizvan Rəhimov  uzun illər təmsil olunduğu bələdiyyənin vergi-ucot sistemini səmərəli şəkildə təşkilinə və Belediyye.info ilə əməkdaşlıq əlaqələrinin qurulmasındakı roluna gorə Belediyye.info MMC-nin “Fəxri Fərmanıyla” təltif edilib.

Qeyd edək ki, Belediyye.info MMC ikinci ildir ki, may ayının 25-nə kimi, yəni fəaliyyətə başladığı günə qədər fəaliyyətində fərqlənən bələdiyyə qulluçularını fəaliyyətlərini təhlil edərək, fərqlənənləri  təltif edir. İlk olaraq bu mükafata Buzovna Bələdiyyəsinin hüquqşünası Vüsal Poladov təltif edilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
604

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
516

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
456

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
709

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
863

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
779

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
945