Ötən il Biləsuvar bələdiyyələri büdcə gəlirlərinin həcmini 10 faiz artırıblar
Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə
Biləsuvar rayonunda formalaşan 23 bələdiyyənin
büdcə gəliri 546.700 manat olub. Bu
2021-ci illə müqayisədə 10.5 faiz çoxdur. Əldə edilən gəlirin 35 faizi vergilərdən,
65 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16 faizi torpaq, 19 faizi əmlak
vergisindən daxil olub.
Biləsuvar bələdiyyələrinin büdcə gəlirinin 51.5 faizi
bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Biləsuvar bələdiyyələri ötən il 76.000 manatlıq torpaq
satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 16.4 faiz çox deməkdir. Büdcə gəlirlərinin 13.9 faizi məhz bu istiqamətdən
daxil olub. İl ərzində Biləsuvar bələdiyyələrinə
51.600 manat dotasiya ayrılıb. Biləsuvar bələdiyyələri bələdiyyə əmlakının icarəyə və
istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 5.6 faiz artıq olub. Belə
ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 205.400 manat
maliyyə vəsaiti daxil olub.
Mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən 700 manat, avtodayanacaqlardan 1.600
manat maliyyə vəsaiti daxil olub.
Biləsuvar bələdiyələrinə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy