Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2024 , 09:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonunda yeni iş yerləri

Məşğulluq imkanları artdıqca əhalinin həyat səviyyəsi də yüksəlir və vətəndaş məmnunluğu təmin olunur. Bu kimi məqamlar nəzərə alınmaqla Azərbaycanda da əmək bazarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda həm köhnə iş yerlərinin qorunmasına həssas yanaşma sərgilənir, həm də bütün ölkə üzrə davamlı şəkildə yeni iş yerləri yaradılır.  Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında reallaşdırlan islahatlar milli iqtisadiyyatımızın qarşısında geniş imkanlar yaradır. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə gedən geniş quruculuq bərpa işləri yeni iş yerlərinin açılmasına böyük töhfə verir. O cümlədən də geri öz yurdlarına qayıdan vətəndaşlarımızın məşğulluq məsələləri bu gün prioritet hesab olunur. Şuşa rayonunda da əhalinin məşğulluğuna daim diqqət yetirilib və bu gün də yuxarıda qeyd olunduğu kimi əsas tələblərdən hesab olunur. Bunun nəticəsi olaraq da, Şuşa rayonu üzrə 2023-cü il ildə 275 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 139-u mövcud hüquqi şəxslərdə, 136-sı isə yeni yaradılmış hüquqi şəxslərdədir. Bu da 2022-ci ilə nisbətən 147 yeni iş yeri, yəni 2,1 dəfə  çoxdur.

Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024