Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2024 , 16:26

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Siyavuş Novruzov: Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir

Siyavuş Novruzov: Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir

Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Siyavuş Novruzov deyib.

"Biz heç dotasiya və subvensiya verilmə layihəsini də görmürük. Belə fikir yaranır ki, bəzi bələdiyyə həmişə pul alır, amma bəziləri heç almır. Bu, Maliyyə Nazirliyinin səlahiyyətindədir. Bu məsələyə birlikdə baxmaq lazımdır. Layihələrə baxmaq və hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya, subvensiya vermək lazımdır”, - deyə Siyavuş Novruzov qeyd edib.

Deputat Aqil Məmmədov bildirib ki, bələdiyyələrin elektron xəritənin hazırlanması işini sürətləndirmək lazımdır: “Bu olmayanda bir çox problemlər çıxır. Bələdiyyələrin dövlətdən asılılıq məsələsi də aradan götürülməlidir. Bizdə özü-özünü maliyyələşdirən bələdiyyələrimiz mövcuddurmu? Sərbəst şəkildə dövlət dotasiyası olmadan özlərini idarə etmək imkanı olan bələdiyyə varmı? Bu, məruzədə öz əksini tapmalıdır. Öz-özünü maliyyələşdirə bilməyən bələdiyyələr birləşdirilməlidir. Bələdiyyə üzvlərinin sayının azaldılması da müzakirə edilib baxıla bilər. Bələdiyyə öz-özünü maliyyələşdirə bilmir, amma park, qəbiristanlıq abadlaşdırır. Bələdiyyə özünü asılılıqdan azad etməlidir, istehsala yönəlməlidir. Bu gün torpaqlarımız azad olunub, orada ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bu sahədə problemlərlə bağlı dinləmələrə ehtiyac var”.

https://apa.az/sosial/siyavus-novruzov-dotasiya-ve-subvensiyalari-bezen-eyni-belediyyeler-alir-bu-problemdir-822033


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024