Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2024 , 16:22

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ötən il 14 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilib

Ötən il 14 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilib.

Həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 14 min 607 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Belediyye.info xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə bildirilib.

Qeyd edilib ki, nəticədə 14 min 91 hektar torpaq sahəsinin icarəyə, 193 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv olunub. Bütövlükdə 14 min 284 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 323 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024