Təmraz Tağıyev: “Azərbaycan bələdiyyələri təşkilatın işində yaxından iştirak etməklə bundan sonra öz töhfəsini verməyə hazırdır”
“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı baş
tutub”- bu barədə məlumatı idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri
Milli Assosiasiyasının və Nərimanov
Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Toplantı İstanbul şəhərində Zeytunburnu bələdiyyəsinin ev
sahibliyi ilə keçirilib.
İclasda Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, KKTC,
Makedoniya, Livan, Özbəkistan və Türkiyədən olan İdarə Heyətinin üzvləri
iştirak edib.
Sədr bildirib ki, iclasda 2023-ci ildə birliyin həyata keçirdiyi
layihələr barəsində məlumat verilmiş bununla yanaşı 2024-cü ildə nəzərdə
tutulan proqramlar müzakirə edilmişdir.
İclasda həmçinin Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ilə
Özbəkistanın Əmək Nazirliyinin Əmək və
Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq protokolu da imzalanıb.
Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər
Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz
Tağıyev də çıxış edərək Türkiyə-Azərbaycan
dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan
Türkiyə və Azərbaycan bütün münasibətlərini qardaşlıq prinsiplər əsasında
qurulduğunu bildirib.
Sədr çıxışında həmçinin türkdilli ölkələrdə formalaşan yerli
orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin
xüsusi rolu olduğunu qeyd edib.
Azərbaycan bələdiyyələri təşkilatın işində yaxından iştirak
etməklə öz töhfəsini verməyə bundan sonra
hazırdır.
İclasda idarə heyətinin digər üzvləri də çıxış edərək öz
fikri və mülahizələri bölüşüblər.
Belediyye.info