Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-01-2024 , 16:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ varmı ? SUAL VERİN CAVAB VERƏK

I.Sual: Bələdiyyə icra aparatının tərkibini kimlər təşkil edir?

Cavab:Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.

2.Sual:Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti necə tənzimlənir ? 

Cavab: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər.

Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar.

3.Bələdiyyələrin hüquqi şəxs yaratmaq hüququ varmı ?

Cavab: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər.

Hazırladı: Samir Cəfərov ,

Gəncə Regional Ədliyyə İdarəsinin

rəis müavini vəzifəsini icra edən


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024