Rza Məmmədov: “Əmlak vergisinin həcmini 44 faiz artıra bilmişik”
“Əhalinin mülkyyətlərinə çıxarışlarının olmaması əmlak vergisinin tam və yüksək səviyyədə yığılmasına mane olur”- bu fikirləri Göygöl rayonu Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov bildirib.
Sədr Belediyye.infoya açıqlamasında qeyd edib ki, 2023-cü ildə toplanan əmlak vergisinin həcmi 12.028 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 44 faiz çoxd deməkdir.
Bu gün hüquqi statusu bəlli olmayan mənzillərə çıxarışların verilməsi sürətləndirilməli, mövcud maneələr aradan qaldırılmalı və qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə zəruriət yaranıb.
Prosesin ləngiməsi bir tərəfdən vətəndaşın, digər tərəfdən bələdiyyələrə cidd problem yaratmaqdadır və ən əsası sosial ədalətsizliyi aradan qaldırar.
Belediyye.info
Rəylər
0 Rəy