Komitə sədri: Bələdiyyələrin uğurlu işlərinin təbliğatı vacibdir
Yeni bir dövrə qədəm qoyuruq. 2024-cü ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Təklif edirəm ki, seçki ilində bələdiyyələrin sosial həyatdakı rolu mövzusunda bir sıra tədbirlər keçirək. Belə tədbirlər bələdiyyələr tərəfindən görülən işlərin təbliğatı üçün vacibdir.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Regional məsələlər komitəsinin yanvarın 16-da keçirilən iclasında səsləndirib.
O, tədbirlər çərçivəsində ölkədəki iki nüfuzlu bələdiyyənin hesabatını dinləməyi məqbul hesab edib.
“Ölkədə bələdiyyələrin işinin təbliğatı məsələsi zəifdir. Ona görə də bələdiyyələrin uğurlu işlərini təbliğ etmək lazımdır. Seçkilər ilində belə tədbirlərin keçirilməsi vacibdir. Həmçinin bu cür tədbirləri regionlarda da keçirmək ümumi işə faydalı olar”, - deyə T.Rzayev qeyd edib.
https://azertag.az/
Rəylər
0 Rəy