Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-01-2024 , 19:00

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Üçtəpə kəndində ağacəkmə aksiyası keçirilib 

Göygöl rayon Üçtəpə kəndində 09.12.2023-cü il tarixdə Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. 

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası Göygöl rayon İcra hakimiyyəti və Göygöl rayon Üçtəpə Bələdiyyəsi tərəfindən təşkil edilib. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Dövlət Təhlükəsizliyi Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Natiq Musayev, Göygöl Regional Mühafizə şöbəsinin rəisi İlham Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəis əvəzi Hikmət Qədimov, Üçtəpə Bələdiyyə sədri Rza Məmmədov,Üçtəpə kənd sakinləri, qazilər və şəhid ailələri, idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.

Üçtəpə kəndinin başında təxminən 2.1 ha boş torpaq sahəsində həm Üçtəpə kənd sakinlərinin dincəlməyi üçün, həm də uşaqların əylənməsi üçün salınacaq parkın bünövrəsi qoyulmuşdur. Üçtəpə kəndi ərazisində təşkil edilmiş ağacəkmə aksiyasında 967 ədəd ağac əkilmişdir. Əkilən ağacların suvarılmasını və qorunmasını Göygöl rayon Üçtəpə bələdiyyə sədri Məmmədov Rza öz üzərinə götürmüşdür. 

Keçirilən ağacəkmə aksiyalarının məqsədi məhz Ümummilli Lider Heydər Əliyevin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.



Rəylər

2 Rəy

Camal Memmedov

12-01-2024, 6 ay əvvəl

Cox eladi beyenirik xeyirli ugurlu olsun inwallah

Cavabla

Memedova inara

14-01-2024, 6 ay əvvəl

Xeyirli olsun

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024