Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-01-2024 , 18:41

2384

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Ağcabədidə vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov yanvarın 12-də Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Laçın və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı nazir Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbələrimizlə torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışından bəhs edib, həmin rayonlardan olan vətəndaşların qayğıları ilə maraqlanıb.

Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb, bu zaman müharibə veteranlarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib.

Bölgə sakinləri həsrətində olduqları öz doğma torpaqlarına qayıtmaq arzusunu reallaşdırdığına, onların qayğılarına hər zaman diqqət və həssaslıqla yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, yerlərdə səyyar qəbulların keçirilməsini məmnunluqla qarşılayıblar.

Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə respublikamızın hərtərəfli davamlı tərəqqisi qeyd olunub, 30 il işğal altında qalan ərazilərimizin azad edilməsi və suverenliyimizin tam bərpa olunması ilə yeni dövrün başlandığı vurğulanıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb. 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
340
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
300

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
452

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
510

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
426

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
394

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
420

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
463