Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-01-2024 , 16:07

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: “2024-ci ildə  Buzovna bələdiyyəsinin əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək üçün diqqətiçəkən layihələri icra etməkdir” 

“Buzovna bələdiyyəsinin üzvləri daim seçicilərinin etimadını doğrultmaq üçün var qüvvəsiylə çalışır”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, 2024-ci ildə bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək üçün ciddi və diqqətiçəkən layihələri icra etməkdir.

Bununla yanaşı bələdiyyənin vergi xidməti yenilənmiş  BAMS proqramının verdiyi imkandan yararlanmaq üçün vergi ödəyiciləri haqqında bilgiləri yeniləyir və bu sahədə yaranmış problemləri aradan qaldırmaq üçün ciddi cəhdlə çalışır.

2024-cü ildə də Buzovna qəsəbəsində yaşayan şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi bələdiyyənin prioritet fəaliyyət istiqamətlərindən olacaq.

Bununla yanaşı büdcə gəlirlərini yarıbayarı artırmaq niyyətindəyik. Nəzərdə tutduğumuz layihələri gercəkləşdirmək  maliyyə vəsaiti tələb etdiyindən vergi xidməti bununla bağlı xüsusi proqam hazırlayıb və atılan bütün addımlar məhz bu proqrama uyğun atılacaqdır.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024