Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-12-2023 , 15:16

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: ""Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətiylə qəsəbə ərazisində olan şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib"

“Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi  yüksək diqqət və qayğıya əlavə olaraq Buzovna Bələdiyyəsi də öz köməyini göstərməkdədir"- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib. 

Sədrin sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır. Biz də Buzovna bələdiyyə olaraq bələdiyyə iclasının qərarıyla "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətiylə qəsəbə ərazisində olan şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Bələdiyyə üzv və qulluqçularının  iştirakıiyla keçirilən görüşlərdə bayram münasibətiylə təbrik edərək, onların sosial məişət qayğılarıyla maraqlanmışlar.

Sədr bildirib ki, bələdiyyə tərəfindən mütəmadi olaraq  şəhid və  qazi ailələriylə görüşlər keçirilir, onları narahat edən məsələlər müzakirə edilir və bələdiyyədən asılı olan məsələlər öz həllini tapır.  Bu işi bələdiyyə özünün bir nömrəli vəzifəsi hesab edir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024