Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2023 , 22:06

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Həmkarlar təşkilatı hesabat verdi, fərqlənənlər təltif edildilər

01.12.2023-cü il tarixində Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqının Respublika Komitəsinin 7-ci məclisi keçirilib. Məclisdə Komitənin sədri Məhərrəm Xəlilov məclis iştirakçılarını məsələlərlə tanış edib, hesabatlar dinlənilərək qərarlar verilib və fəal bələdiyyə işçiləri fəxri fərmanlarla təltif olunub.

Məclisdə təşkilatın hüquq müfəttişi Məhəmməd Kərimov sahə həmkarlar təşkilatında 2021-2023-cü ilərdə gender bərabərliyi ilə bağlı görülən işlər barəsində və həmkarlar təşkilatının üzərinə düşən vəzifələr barəsində geniş məruzə ilə çıxış edib.   

Məruzə ətrafında Səbail rayonu (sədr Nurel Kərim), Nəsimi rayonu üzrə (Arzu Məmmədov), Xəzər rayonu üzrə (Sevil Mansurova), Biləsuvar rayonu üzrə (Əhmədxan Qardaşov) çıxış edərək rayon bələdiyyələri ilə birgə görülən işlər barədə bəhs ediblər.

Bununla yanaşı rayon sədrləri rayon bələdiyyə işçilərinin əmək hüquqları və sağlamlıqlarının qorunması üçün əlindən gələni əsirgəməkəclərini bildiriblər.

Azərbaycan Bələdiyyə İşçilərinin  Həmkarlar İttifaqının Respublika Komitəsinin VII məclisində səmərəli fəaliyyətinə və sakinlərə göstərdiyi diqqət və qayğıya görə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, Leyla Abdullayeva (M.Ə.Rəsulzadə bələdiyyəsi), Ədviyyə Rəsullu və Kənan Qubadzadə (Nəsimi bələdiyyəsi), Fariba Bayramova (Bakıxanov bələdiyyəsi ) “Fəxri Fərman”la təltif olunublar.