Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-11-2023 , 23:26

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tədbir Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə keçirilib

Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlər davam etdirilir.

Bu münasibətlə Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 28 noyabr 2023-cü il tarixdə idarənin ərazi yurisdiksiyasında fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr” və bələdiyyələrin maarifləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun mövzularda  müşavirə təşkil edilib.

Yığıncağı giriş sözü ilə açan Şirvan regional ədliyyə idarəsinin Nizami Hüseynov təklifi ilə yığıncaq iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Çıxışına davam edən N.Hüseynov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği və Ulu Öndər tərəfindən ədliyyə orqanlarının, prokurorluq və vəkillik təsisatlarının müasir dövrün tələbləri səviyyəsində qurulması, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və yerli demokratiyanın bərqərar olunması, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı apardığı islahatlar, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması barəsində  yığıncaq iştirakçılarına geniş məlumat verdi.

Tədbirdə iştirak edən Şirvan regional ədliyyə idarəsinin əməkdaşları, Məqsəd Abdin, Cavanşir Şükürov və Lalə Atakişiyeva yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin üzv və qulluqçuları tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin aparılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.