Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-11-2023 , 18:28

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan Regional Ədliyyə İdarəsinin  təşkilatçılığı ilə ənənəvi tədbirlər keçirilib

“Ədliyyə orqanlarının 105 illik yubileyi və peşə bayramının təntənəli qeyd edilməsi ilə bağlı Tədbirlər Plani”nın ədliyyə orqanlarında icrası üzrə Şirvan Regional Ədliyyə İdarəsinin 2023-cü ilə dair Tədbirlər Planına uyğun olaraq Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 21-22 noyabr 2023-cü il tarixlərdə ənənəvi tədbirlər keçirilmişdir.

21 noyabr tarixdə Şirvan regional ədliyyə idarəsinin və Şirvan şəhər İcra və probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə İkinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü dərəcəli ədliyyə qulluqçusu Hüseyn Hüseynovla görüş keçirilmiş, səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən ədliyyə veteranı Şirin Bayramov evində ziyarət edilmiş və hər ikisinə idarənin rəhbəri tərəfindən hədiyyələr təqdim olunmuşdur.

22 noyabr tarixdə, ilk öncə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Sonra Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda icra başçısı İlqar Abbasovun 21.11.2023-cü il tarixli 275 nömrəli sərəncamı ilə Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov, əməkdaşlar Cavanşir Şükürov, Lalə Atakişiyeva, Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirvanov və Şirvan şəhər İcra və probasiya şöbəsinin əməkdaşları Səfa Həsənova, Cavid Məmmədli fəxri Fərmanla təltif olunmuşlar. İlqar Abbasov ədliyyə qulluqçularını və əməkdaşlarını təbrik etdikdən sonra Şirvan regional ədliyyə idarəsi üçün hazırlanmış Şirvan şəhərinin simvolunu Nizami Hüseynova təqdim etmişdir.

Tədbirin davamı olaraq idarənin akt zalında təntənəli yığıncaq keçirilmişdir. Yığıncağı Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov açaraq tədbirlə bağlı ətraflı çıxış etmişdir. Mövzu ilə bağlı yığıncaqda Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan bölməsinin eksperti Nuranə Hümbətova və Şirvan şəhər qeydiyyat şöbəsinin rəisi Rəşad Hüseynov çıxış etdilər.

Qeyd olunmalıdır ki, ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər görülür. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllü qanvermə aksiyaları keçirilir.

Bu cür nəcib və xeyirxahlıq çağırışına qoşulan Ədliyyə Nazirliyi və qurumlarının əməkdaşları donorluq aksiyasında qan veriblər. Həyata keçirilən tədbirlər insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin effektiv müalicəsinə xidmət edir, xeyirxah tədbirlərdə ədliyyə işçiləri hər zaman fəallıq nümayiş etdirərək mütəmadi qanvermə aksiyalarına qoşulurlar.

Artıq ənənəyə çevrilmiş, Mərkəzi Qan Bankının Şirvan bölməsinin dəstəyi ilə keçirilən bu humanist aksiyada qanalma əməliyyatının aparılması üçün zəruri tibbi ləvazimatlar təmin olunub. Aksiyada və keçirilən tədbirdə Şirvan regional ədliyyə idarəsinin əməkdaşları ilə yanaşı Şirvan şəhərində fəaliyyət göstərən Şirvan şəhər İcra və probasiya şöbəsinin, Şirvan şəhər qeydiyyat şöbəsinin, Şirvan şəhər notariat kontorunun həmçinin Sabirabad, Hacıqabul rayonlarının İcra və probasiya şöbəsinin, Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan bölməsinin əməkdaşları iştirak edərək könüllü qan veriblər.

Aksiya iştirakçıları toplanan qanın hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə kömək olmasını arzulayıb və onlara şəfalar diləyiblər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024