İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı “Şahmat Turniri” keçirilib
İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ədliyyə işçilərinin peşə bayramı münasibətilə regional idarənin və yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının əməkdaşlarının, eləcə də İmişli rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanları işçilərinin və bir neçə bələdiyyə sədrinin iştirakı ilə “Şahmat Turniri” keçirilmişdir.
Turnir Elm və Təhsil nazirliyinin İmişli rayonu üzrə Şahmat məktəbinin dəstəyi ilə adıçəkilən qurumun binasında təşkil edilmişdir.
Əvvəlcə regional idarənin rəhbərliyi, qonaqlar və iştirakçılar turnirin keçirildiyi inzibati binada Ulu Öndər Heydər Əliyevin xatirəsinə hazırlanmış stendlə tanış olub və önünə gül dəstələri qoyublar.
Keçirilmiş “Şahmat Turniri”nin yekununda tərəfimizdən hazırlanmış xatirə hədiyyələri, Şahmat məktəbinin diplomları, habelə ədliyyə işçilərinə göstərilən xüsusi diqqətə və turnirin daha da maraqlı olması məqsədilə idarəmizlə əməkdaşlıq çərçivəsində “İSTEK GROUP” MMC-nin maliyyə dəstəyi ilə ilk üçlüyü tutan qaliblərə və oyunu idarə edən hakimlərə pul mükafatı verilmişdir. Turnirdə ikinciliyini qazanan Saatlı rayon icra və probasiya şöbəsinin rəisi Araz Hüseynov ona təqdim olunan xatirə hədiyyəsi, diplomla yanaşı pul mükafatına görə təşəkkürünu bildirmiş, bütün ədliyyə işçilərini təbrik etmiş və sonda ona verilən pul mükafatını könüllü olaraq “YAŞAT” fonduna ianə edəcəyini qeyd etmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tərəfimizdən xüsusi hazırlanan və üzərində idarənin rekvizitləri qeyd olunmuş hədiyyə plaketi turnirin keçirilməsində göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə təqdim olunmuşdur.
Tədbir keçirilən müddətdə qonaqlar və iştirakçılar üçün çay süfrəsi təşkil edilmiş, sonda xatirə şəkili çəkdirilmişdir.