Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər.
Belə ki, ədliyyə orqanlarının 105 illik yubileyi və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı gününün təntənəli qeyd edilməsi ilə bağlı “Tədbirlər Planı”nın 13-cü bəndinin icrası məqsədi ilə Xaçmaz regional ədliyyə idarəsinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsi iştirakçısı və 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında şəhid olmuş gizir Şixəliyev Ceyhun Oktay oğlunun Xaçmaz şəhərində ailəsi ziyarət edibıər.
Görüşdə idarə əməkdaşları şəhid ailəsinin problem və qayğıları ilə yaxından maraqlanıblar.
Şəhid atası Oktay Şixəliyev görüş zamanı onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlıqlarını bildirərək, bunun onlar üçün təsəlli rolunu oynadığını qeyd etmişdir.
Belediyye.info