Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2023 , 18:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsində Ulu Öndərlə ünsiyyətdə olmuş şəxslərlə xatirə görüşü keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İmişli regional ədliyyə idarəsində Ulu Öndərlə ünsiyyətdə olmuş şəxslərlə xatirə görüşü keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvləri, İmişli rayonu Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Beyləqan rayonu Təzəkənd bələdiyyəsinin sədri Dilarə Hüseynova, Saatlı rayonu Varxan kənd orta məktəbinin direktoru Əməkdar müəllim Lətif Şimşəkov və regional idarənin əməkdaşları iştirak ediblər.
Qonaqlar əvvəlcə idarənin fəaliyyəti ilə tanış olublar. Keçirilən tədbirdə Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Regional idarənin rəisi İsgəndər Orucov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən və müstəsna xidmətlərindən bəhs edib, Ümummilli Liderin qurub yaratdığı müasir Azərbaycan dövlətinin ötən 20 ildə onun siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını, torpaqlarımızın 30 illik işğalına son qoyularaq ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilərək möhtəşəm qələbələrə imza atdığını vurğulayıb.
Tədbirə dəvət olunmuş şəxslər dahi liderlə bağlı zəngin təəssüratlarını və xatirələrini bölüşərək Heydər Əliyevin dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək, Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıb, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub, foto çəkdirilib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024