Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2023 , 18:55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Cəlilabadda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Noyabrın 3-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar, Cəbrayıl və digər rayonlardan olan vətəndaşların qəbulu keçirilib.

Əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin Cəlilabad rayonunda abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Bölgə sakinləri onların müraciətlərinin təmin olunmasına, daim diqqət və qayğı göstərilməsinə və yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir bölgədə fəaliyyət göstərən ədliyyə orqanlarına və məhkəmələrə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Vətən müharibəsində parlaq Zəfərimizin ildönümü ərəfəsinə təsadüf edən tədbirlər zamanı ölkə başçısının rəhbərliyi ilə ötən 20 ildə Azərbaycanın uğurlu inkişaf yolu keçərək qüdrətli dövlətə çevrildiyi, tarixi qələbələrimizlə erməni işğalına və separatizminə son qoyularaq doğma torpaqlarımızın azad edildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu vurğulanıb, müzəffər xalqımızın ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi sıx birləşərək bundan sonra da möhtəşəm nailiyyətlər qazanacağı bildirilib.

Bölgəyə səfər zamanı nazir həmçinin, Lənkəran şəhərində inşası başa çatmaqda olan müasir penitensiar kompleksə baş çəkərək görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024