Onlar Səbail bələdiyyəsini təmsil ediblər
4-5 Oktyabr tarixlərində Səbail Bələdiyyəsinin nümayəndələri
Manaf Talıbov və Nurel Kərim Gürcüstanın Batumi şəhərinə səfər edərək, Səbail bələdiyyəsini BMT İnkişaf
Proqramının təşkil etdiyi “Gələcəyə Hazır Şəhərlər” Forumunda təmsil ediblər.
Səbail Bələdiyyəsi, Avropa Ittifaqının maliyyə dəstəyi ilə
BMT İnkişaf Proqramının icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən Bələdiyyə Sədrləri”
layihəsinin Azərbaycandan seçilən bələdiyyələrdən biridir.
Forumda iştirak edən nümayəndələr Gürcüstan, Ukraina və
Moldovadan olan həmkarları ilə təcrübə mübadiləsi etməklə yanaşı, dəvət olunan
beynəlxalq qurumların plenar iclaslarında iştirak edərək iş sessiyalarına qatılıblar.
Belediyye.info
Rəylər
0 Rəy